Brüsseldə Respublika Günü qeyd olunub - Fotolar

brusselde-respublika-gunu-qeyd-olunub
Oxunma sayı: 651

Mayın 30-da Brüsselin mərkəzində yerləşən “Bozar”  çox şaxəli incəsənət mərkəzində  Respublika Günü və Belçika-Azərbaycan münasibətlərinin  25 illiyinə həsr olunan tədbir keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycanın Belçika və Avropa İttifaqı yanında missiyası, Azərbaycanın NATO-dakı Missiyası, eləcə də Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisi ilə birgə təşkil edilmiş  bu tədbirdə  300-ə yaxın diplomat, ölkəmizin dostları və diasporamızın fəalları iştirak edib.

Azərbaycanın Belçika Krallığındakı səfiri,  Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov tədbir iştirakçıları qarşısında çıxış edib: “99 il bundan əvvəl 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan edib. Bu, şərqdə yaranan ilk demokratik respublika olub.Tarixi hadisələr baxımından bu çox maraqlı bir dövr idi. Burada müsəlman, yəhudi, katolik və pravoslav xristyanlar birgə, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayırdı. Ölkə azərbaycanlı, rus, erməni, ukraynalı, tatar və digər millətlərin dogma evi olub. Biz bu axşam konsert təşkil etmək qərarına gəldik. Ona görə ki, musiqi bütün insanların ən effektli şəkildə anladığı bir dildir. Mən Avropa Azərbaycan Cəmiyyətinin Benelüks Ofisinə bu tədbirin təşkilində göstərdikləri dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm.”

Tədbirin musiqili bölməsində Belçikada yaşayan azərbaycanlı pianoçu Nəzrin Əfəndiyeva belçikalı bəstəkar Yolande Uyttenhovenin “Chiron” və babası , görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun bəstələdiyi “Vals” simfonik əsərlərini ifa edib.