Rüstəm İbrahimbəyovdan Şəfiqə Məmmədovaya cavab

rustem-ibrahimbeyovdan-sefiqe-memmedovaya-cavab
Oxunma sayı: 656

“Qafqazinfo”nun ANN.az-a istinadən verdiyi xəbərə görə, iclasda yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə bağlı vəziyyəti müzakirə olunub: “Son hadisələrlə bağlı Kinematoqrafçılar İttifaqına çoxlu müraciətlər olur. Xüsusi ilə İttifaqa üzv olmaq istəyənlərin sayı artır. Xalq Şairi Vaqif Səmədoğlu, Əməkdar İncəsənət Xadimi Ziya Şıxlinski, Əməkdar İncəsənət Xadimi, kinooperator Nizami Abbas, gənc ssenarist Səbinə Hüseynlinin ərizələrinə baxılıb və üzvlüyə qəbul edilib. Həmçinmin vəziyyət müzakirə olunub və katibliyin bəyanatı qəbul edilib”.

Bəyanatı olduğu kimi təqdim edirik:
İynun 21-də Respublika mətbuatı peşəkar kinematografçıların əksəriyyəti üçün gözlənilməz olan bir məlumat yaydı. Məlumat yeni ictimai kino birliyinin yaranması haqdadır. Azərbaycan Kinematografçılar İttifaqınin nizamnaməsi onun üzvlərinin milli kinomuzun maraqlarına zidd olmayan bir təşkilat yaratmağına etiraz edə bilməz. Bu təşkilatların yaranmasının nə dərəcədə məqsədə uyğun və effektiv olmasına zaman qiymət verə bilər.

Baş verənlərə neqativ qiymət verməyə tələsmədən, yeni yaranan qurumun bəzi rəhbərlərinin İttifaqın ünvanına söylədiyi tənqidlərinə öz təəccübümüzü bildirməyi zəruri hesab edirik. Onlar bizim İttifaqın seçilmiş katibləri olaraq işlərimizdə fəal iştirak edərək, bizim problemlərimizlə tanışdırlar və bilirlər ki, İttifaq bir neçə ildir Prezidentin milli kinomuzun inkişafına yönələn sərəncamını həyata keçirmək üçün dövlət tərəfindən heç bir maaddi dəstək almır. Onu da gözəl bilirlər ki, buna baxmayaraq, təşkilatımız nizamnaməyə üyğun olarag uğurla fəaliyyət göstərir.

Kinematoqrafçılar İttifaqı ən fəal yaradıcı təşkilatlardan biridir. Şəhərimizdə ilk müasir tələblərə cavab verən kinoteatr İttifaqın dəstəyi ilə bərpa olunub, 15 ildən artıqdır ki, Azərbaycandan kənarda tanınmış Beynəlxalq “Şərq-Qərb” Kino Festivalı keçirilir, peşəkar kino kadrların hazırlanması üçün Beynəlxalq Kino Məktəb yaradılıb və məktəbin yetirmələri uğurla fəaliyyət göstərirlər, Şəkidə 30 ildən artıqdır ki, yeganə olan Yaradıcılıq Evi fəaliyyət göstərir, İttifaqın təşəbbüsü ilə Milli Məclis “Kino haqqında qanun” qəbul edib, prokat şəbəkəsinin tamamilə dağıldığı bir zamanda İttifaq milli filmlərin bölgələrdə təqdimatını həyata keçirib, görkəmli kinematoqrafçıların yubileylərini və əlamətdar tarixləri qeyd edir. Təkcə bu il ərzində Azərbaycanda çəkilən 20-ə yaxın filmin təqdimatı və müzakirəsi keçirilib.

Katiblik bəyan edir ki, Azərbaycan Kinematografçılar İttifaqının üzvləri öz ictimai baxışlarında azaddır və biz onların işinə qarışmırıq. Eyni zamanda təkrarən bildiririk ki, Prezidentin Azərbaycan kinosunun inkişafı üçün 2007-ci ildə verilən sərəncamının ən vacib maddələri olan, “Azərbaycanfilm”in müasir texniki təchizatı və yenidən qurulması, xaricdə gənc kadrların təhsil alması, bölgələrdə milli filmlərin prokatı hələ də yerinə yetirilmir.

Əlbətdə, biz dərk edirik ki, bu işlərin həllinə birbaşa cavabdeh olan təşkilatları bizim bunu təkidlə təkrar etməyimiz narahat edir, lakin söhbət həyatımızı həsr etdiyimiz işdən gedir və bizim susmağa ixtiyarımız yoxdur.

50 il bundan qabaq Milli Kinomuzun maraqlarının müdafiəsi üçün yaranan Azərbaycan Kinematoqrafçılar İttifaqı öz sıralarında kino sənətinə sözdə yox, əməldə sadiq olan və öz töfhələrini verən insanları birləşdirərək bundan sonra da işini davam etdirəcək.