Rüşvət alan polislərlə bağlı araşdırma başladı - Video

rusvet-alan-polislerle-bagli-arasdirma-basladi-video
Oxunma sayı: 664

“Qafqazinfo” xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, videoda hərəkəti izlənilən yol polisi əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarıdır.

Şöbə rəisinin sözlərinə görə, bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. "Araşdırma zamanı həmin polislərin şəxsiyyəti müəyyən olunacaq. Araşdırmanın nəticəsindən asılı olaraq, həmin əməkdaşlar barədə müvafiq tədbir görüləcək", - Əliyev deyib.

Kamran Əliyev bildirib ki, 2011-ci ildə korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 30-dan çox yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib.
Ötən il korrupsiya hüquqpozmalarına yol verən yol polisi əməkdaşlarının bəziləri barəsində Baş Prokurorluğa da məlumat göndərilib və prokurorluq tərəfindən araşdırma aparılıb.

Qeyd edək ki, bu sahədə şəffaflığın təmin olunması məqsədilə qanunvericiliyə dəyişiklik edilib. Dəyişikliyə görə, cərimələrdən gələn vəsaitin 25 faizi yol polisi əməkdaşlarının maaşına yönəldilir.

İnternetdə yayılan videoda yol polisi əməkdaşlarının reyd zamanı sürücülərdən rüşvət almalarını əks etdirən görüntülər yer alıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən vitdeogörüntülər daxili işlər naziri Ramil Usubova təqdim olunub. Nazir baş verən hadisənin dərhal araşdırılmasını və polislərin məsuliyyətə cəlb olunması haqda ciddi tapşırıq verib.

polisss.flv