“Saakaşvili ağır vəziyyətdə Litvaya aparılıb” – Gürcü mediası

saakasvili-agir-veziyyetde-litvaya-aparilib-gurcu-mediasi
Oxunma sayı: 645

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, materialda Saakaşvilinin psixoloji vəziyyəti ilə bağlı litvalı həkimlərin qoyduqları diaqnozdan bəhs olunub: “2012-ci ilin iyunun 14-də Vilnüs xəstəxanalarının biri Mixail Saakaşviliyə rəsmi diaqnoz qoyub. Həmin gün axşam Gürcüstan prezidenti son dərəcədə ağır vəziyyətdə təyyarə ilə Litvaya aparılıb. Yerli psixiatrlar ümumi müayinədən sonra "maniakal-depressiv psixozun xroniki forması” diaqnozunu qoyublar”.

Son günlərdə isə prezidentin mətbuat xidməti Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib edərək, bunu bloggerlərin uydurması adlandırıb.

Bununla yanaşı qəzet adını açıqlamadığı mənbəsinə istinad edərək bildirib ki, Saakaşvilidə psixozun kəskin forması qeydə alınıb. Sonuncu dəfə prezidentin vəziyyətində pisləşmə cari ilin yanvarın 4-də baş verib. O zaman prezidentin Tiflis klinikalarından birinə “qolunun sınması” əsas gətirilərək yerləşdirildiyi deyilir.

Səidə