Saakaşvili Facebookda nə yazdı? - Status

saakasvili-facebookda-ne-yazdi-status
Oxunma sayı: 647

Gürcüstan prezidenti Mixail Saakaşvili Facebook vasitəsi ilə ölkəsində yaşayan Azərbaycanlıları təbrik edib. “Qafqazinfo” xəbər verir ki, o, təbrikində Novruz Bayramının özünə əziz olduğunu qeyd edib: “Mənim əziz həmvətənlərim azərilər! Novruz Bayramı Gürcüstanda bütün mühüm bayramlar kimi mənə yaxın və əzizdir. Novruz el və ailə bayramıdır, mən sizin ailə üzvü kimi, Novruz bayramı ilə bağlı olan sevincimi bölüşürəm.

Biz hər bir mədəniyyət, din və etnik qrup nümayəndələrinin tam mənada qəbul edəcək olan ABŞ kimi dövlət yaradırıq və mən bununla fəxr edirəm. Birlikdə biz bu ölkəni qururuq.

Bu gün bütün vətəndaşlarla bərabər həm də dünya mədəniyyəti və sivilizasiyası üçün qiymətlidir. 21 Martı YUNESKO-nun Baş Assambleyası Beynəlxalq Günü və mədəni nailiyyət Günü elan etdi.

Mən səmimi olaraq bu milli bayram münasibətilə təbrik edirəm və sizə uğurlar, sülh və firavanlıq arzulayıram”.