Saakaşvili gizli telefon danışıqlarını açıqladı

<b>Saakaşvili gizli telefon danışıqlarını açıqladı</b>
Oxunma sayı: 145

“Gürcüstan parlamentinin sabiq spikeri Nino Burdcanadze və onun silahdaşlarının planları arxasında “böyük ordu, böyük təhlükəsizlik xidməti, böyük neft resursları və rüşvət, böyük imperiya ambisiyası (Rusiya) dayanır. Onlar bütün bunlardan başlarını itirirlər”. “Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Nino Burcanazdzenin oğlu ilə qalmaqallı telefon söhbəti ilə əlaqədar deyib. Onun sözlərinə görə, ictimaiyyət sabiq spikerin oğulu ilə qalmaqallı telefon söhbətini eşitməli idi: “Əgər bu yalnız yerli azlıqların planları olsaydı, mən onları ciddi olaraq qəbul etməzdim. Amma biz bu insanların heç vaxt öz planlarından əl çəkməyəcəklərini biləndə, onları ciddi qəbul edirik”.

Saakaşvilinin bildirib ki, Gürcüstanda çox yaxşı, bütün səviyyələrdə kifayət qədər təcrübəli polis və əks-kəşfiyyat xidmətləri işləyir, ədalətli cəmiyyət var: “ “Beşinci sütun” bu şəkildə davam etsə, qüvvədə olsa, Gürcüstan siyasətində insan qanunları oyununu yaratmaq lazımdır.”

Qeyd edək ki, Nino Burcanadze ilə oğlu Anzor Biçadze telefon danışığında dövlət çevrilişi haqqında söhbət ediblər. Danışıqda Gürcüstanda da Misir ssenarisi üzrə çeviriliş etmək planlaşdırıldığı deyilib, 100 nəfərdən 500 nəfərə qədər qurbanlardan da bəhs olunub.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi