Saakaşvili İvanişvilinin kadrlarına söz atdı

saakasvili-ivanisvilinin-kadrlarina-soz-atdi
Oxunma sayı: 642

“Biz sehrbazıq, hələ bir çox möcüzələrin şahidi olacağıq”, - deyə o vurğulayıb.

Kutaisidəki yeni parlament binası haqda danışan Saakaşvili parlamentin bura köçürülməsinin əleyhinə olanlara tutarlı cavab verib. “Yaxşı zaldır, maraqlı tərkibdir. Bir həftə öncə deyirdilər ki, binanın təmiri hələ başa çatmayıb, su axır və s. Onda onlara dedilər ki, bir həftəyə bütün işlər yekunlaşacaq. Bundan sonra sualları belə oldu- siz bəyəm sehrbazsınız? Yadınızda saxlayın, biz sehrbazıq və hələ qabaqda bir çox möcüzələr baş verəcək”, - deyə prezident fikrini tamamlayıb.