Saakaşvili Putinə “avtoritar” dedi

saakasvili-putine-avtoritar-dedi
Oxunma sayı: 637

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri prezident Mixail Saakaşvili Avropa Xalq Partiyasının 21-ci qurultayında çıxış edərkən deyib: “Mən eşitmişəm ki, bizim şimal qonşumuz xoşbəxdir. Əsgərləri tərəfindən torpağımızın 20 faizini işğal edən Vladimir Putin aktiv şəkildə bizim seçkiləri tərifləyib. Putin bildirib ki, bizim seçkiləri gözləyib və seçkinin nəticələrindən şaddır. Ona deyə bilərəm ki, o vaxtından əvvəl sevinir. Hökumətinin sərhədləri azad və ədalətli demokratik proses nəticəsində seçki yolu ilə dəyişməsi faktı ölkəsində avtoritar rejimi saxlamağa çalışan şəxs üçün heç də yaxşı xəbər deyil”,

Gürcüstan prezidentinin sözlərinə görə, onun ölkəsi bu seçki ilə çox əhəmiyyətli nümunə təqdim etmiş oldu.