Saakaşvili Rövnəq Abdullayevə orden verdi - Video

saakasvili-rovneq-abdullayeve-orden-verdi-video
Oxunma sayı: 671

Gürcüstan prezidenti Marneuli şəhər sakinləri qarşısında çıxışında bildirib ki, irəli getmək üçün gürcü dilini və digər dilləri hamı öyrənməlidir.

Daha sonra Mixail Saakaşvili Azərbaycanın Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə birlikdə Marneuli şəhərinin mərkəzində yenicə tikilən “çay evi”nin qarşısında Nizami Gəncəvi və Şota Rustavelinin sürətləri həkk edilən barelyefin açılışında iştirak ediblər.

Gürcüstan prezidenti Rövnəq Abdullayevi Gürcüstanın “Şərəf” ordeni ilə təltif edib. Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Rusiyanın Gürcüstandaki aktivləri aldıqlarını qeyd edib.