Saakaşvili səfirlərə şərab əmri verdi

saakasvili-sefirlere-serab-emri-verdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvili sentyabrın 5-də Kvarelidəki yeni şərab zavodunu ziyarət edərkən bu barədə bildirib: “Bu gün mən bütün səfirlərdən xahiş etdim ki, gürcü şərabının tanıtımı ilə məşğul olsunlar. Çünki insanlar bizim şərabın dadını bilən kimi üzüm də bahalaşacaq. İndi mənim məqsədim odur ki, 3-4 il ərzində üzümün bir kiloqramının qiyməti 2 lari (1 dollar 20 sent) olsun. Biz də bunun şahidi olacağıq. Lakin bunun üçün biz reklama çox pul qoymalıyıq. İndi biz Vaşinqtonda gürcü şərabı olan bar açırıq. Ölkəmizə gələn hər bir turistə biz kiçik butulkada şərab verəcəyik ki, bizim şərabımız haqqında bütün dünyaya məlumat yayılsın. Bundan sonra isə qiymətləri qaldıracağıq”.
Onun sözlərinə görə, gələn ildən Gürcüstanda 5 yeni şərab zavodu fəaliyyətə başlayacaq.

Aynur