“Saakaşvilidən nə desən gözləmək olar…”

saakasviliden-ne-desen-gozlemek-olar-
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze “Asaval-dasavali” qəzetinə müsahibəsində deyib.

Eks prezident bildirib ki, Saakaşvili xalqın qanını tökməyə hazırdır və hakimiyyət üçün heç kimə güzəşt getməyəcək: “Hakimiyyəti əlində saxlamaq üçün Abxaziya ilə müharibəyə də başlamaq istəyən insandan nə istəsən gözləmək olar. Bu günlərdə Gürcüstan parlamentinin keçmiş sədri, “Vahid Gürsüstan” Demokratik Hərəkatı”nın lideri Nino Burcanadze mənə dedi ki, Saakaşvili 4 il əvvəl müxalifətin fəallaşmasının qarşısını almaq üçün Abxaziya ilə müharibəyə hazırlaşırdı. O, postunda qalmaq üçün hər yola əl atmağa hazır insandır.

Aynur