“Saakaşvilinin Milli Məclisdəki çıxışı etikadan kənar oldu” - Etiraz

saakasvilinin-milli-meclisdeki-cixisi-etikadan-kenar-oldu-etiraz-
Oxunma sayı: 658

“Lakin düşünürəm ki, bu sözlər Milli Məclisin tribunasında deyilməli deyil. Məncə, bu siyasi etikadan kənar bir yanaşmadır”.

F. Ağamalı qeyd edib ki, Azərbaycanın Rusiya ilə mehriban qonşuluq siyasəti var, dövlətlərarası münasibətlər kifayət qədər yaxşıdır: “Biz hər hansı bir ölkənin probleminə özümüzü daxil etməməliyik. Bu avantürist çıxışı ortalığa qoyan Saakaşvili çalışırdı ki, tarixdən danışsın. Gürcüstanın azərbaycanlılar qarşısında tarixdə müəyyən xidmətlərini ayrı-ayrı faktlar əsasında desə də, lakin Azərbaycanın Gürcüstan qarşısındakı xidmətləri üzərində zərrə qədər də dayanmadı. O, etiraf etmədi ki, son on ildə Gürcüstanın ən çətin vaxtında Azərbaycan dövləti və Ulu öndər Heydər Əliyevin Gürcüstan xalqına, Gürcüstan dövlətinə böyük xidməti olub. Mən əminəm ki, gürcü xalqı Ulu öndərin bu xidmətlərini yaddaşda saxlayır və hər zaman bunlara görə, Heydər Əliyevə böyük hörmət bəsləyirlər.
Çox yaxşı oldu ki, Saakaşvili Məmməd Əmin Rəsulzadə və bayrağımızla bağlı fikirlər söylədi. Lakin, mənə imkan verilsəydi, çıxışımda deyərdim ki, gürcü prezident rusların Qafqaza gəlməsindən danışdı, amma o, niyə bu faktı söyləmədi ki, ruslara Qafqazın qapısını elə gürcü II İrakli açıb. Eyni zamanda, ona xatırladacaqdım ki, Azərbaycanda dövlətçiliyə qarşı son dərəcə aqressiv münasibət ortalığa qoyan və soyqırım törədən Sisianov kök etibarı ilə gürcüdür və Azərbaycan xanlıqlarını da Rusiyaya birləşdirən odur. Yəni, arzulayardım ki, tarixə yanaşırsa, tarixi həqiqətləri doğru desin. Düşünürəm ki, gürcülər üçün, eyni zamanda, Rusiya və ya başqa auditoriya üçün hesablanmış olan bu çıxış avantürist çıxış idi
Səmimiyyətdən uzaq olan və həqiqətləri özündə əks etdirməyən bir yanaşma idi. Təəssüf edirəm ki, Gürcüstan prezidenti bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarını işğal etmə faktını gündəliyə gətirmədi. Özlərinin işğala məruz qaldığını desə də, Azərbaycanın 20% torpağının işğalını bir dəfə də olsun öz çıxışında ifadə etmədi. Bu isə onun qeyri-səmimiliyini bir daha ortaya qoydu. Əgər Gürcüstan prezidenti olaraq Saakaşvili Azərbaycan xalqına bu qədər hörmətlə yanaşırsa, niyə orda elə mühit formalaşıb ki, Azərbaycanlılar kütləvi şəkildə

Azərbaycana və ya başqa ölkəyə getmək məcburiyyətində qalır. Bu gün gürcü dilinin bilməyən Azərbaycanlılar hətta öz yaşayış məntəqələrində belə, əksəriyyət Azərbaycanlılar olan rayonlarda belə xırda vəzifəyə qoyulmur”.