Saakaşviliyə narkotika ittihamı

saakasviliye-narkotika-ittihami
Oxunma sayı: 663

“Qafqazinfo”nun məlumatına görə, bu barədə partiyanın sədr müavini Mimi Qabriçidze bəyanat verib.

Onun sözlərində görə, aprelin 17-də məbədin bünövrəsinin qoyulması ilə bağlı keçirilən mərasimə Mixayil Saakaşvili sərxoş vəziyyətdə gəlib.

Qabriçidze bəyan edib ki, buna sübut olaraq media vasitələrində yayımlanan və prezidentin qeyri-adekvat hərəkətlərinin əks olunduğu kadrlar vardır.

Sədr müavini bununla yanaşı qeyd edib ki, narkotik istifadə edib-etməməsi ilə bağlı yoxlanış avropalı ekspertlərin iştirakı ilə aparılmalıdır ki, sonradan nəticələrlə bağlı heç kimdə şübhə qalmasın.

Qeyd edək ki, Qabriçidze Gürcüstan prezidentini narkomanlıqda ittiham yeganə şəxs deyil. Belə ki, 2008-ci ildə Rusiya prezidenti Dmitri Medvedev gürcü həmkarını “qeyri-stabil psix və narkoman” adlandırmışdı. Bundan bir il sonra isə Gürcüstanın keçmiş dövlət naziri Georgi Xaindrava prezidenti narkotik istifadəçisi olmaqda günahlandırmışdı.

Səidə