Saakaşviliyə qarşı şok iddia

saakasviliye-qarsi-sok-iddia
Oxunma sayı: 649

Gürcüstan hüquq müdafiəçiləri Mixail Saakaşvilinin ağlının yoxlanılmasını tələb ediblər.

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Hüquq Müdafiəçiləri İttifaqı prezident Mixail Saakaşvilinin ağlının yoxlanılması üçün ciddi səbəblərin olduğunu bəyan edib:

“Son vaxtlar prezidentin çıxışları və mövqeyi bizdə belə fikir yaradıb ki, o, qeyri-sabit psixologiyaya sahibdir. Onun çıxışlarında qarşıdurma, xalqı ayırmaq və zorakılıq əlamətləri hiss olunur”.

İttifaq sədri onu da qeyd edib ki, Səhiyyə Nazirliyi Mixail Saakaşvilinin psixologiyasını yoxlamaq üçün ekspertlər qrupu təyin etməlidir: “Onun vəziyyəti pisləşə bilər. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir”.