Saatını qorumaq istədi, qolu getdi

saatini-qorumaq-istedi-qolu-getdi
Oxunma sayı: 695

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, soyğunçuların hücumuna məruz qalan Tayvan vətəndaşı “Rolex” markalı bahalı saatını qorumaq istəyərkən qolundan olub. Hücum zamanı üç soyğunçu Hu Çi-yanq adlı tayvanlının bahalı saatı, üzüyünü və 600 dollar pulunu qəsb ediblər.
Çi-yang saatı vermək istəməyəndə soyğunçular kəsici alətlə onun qolunu yaralayıblar. Hadisə zamanı onun qol sümüyü və damarları ciddi şəkildə zədələnib. Xəstəxanaya çatdırılan Çi-yangın qolunu xilas etmək mümkün olmayıb. Zərərçəkənin xəstəxanaya gecikməsinə səbəb isə hadisədən sonra polislərin protokol tərtib etməsi olub. Uzun sürən sənədələşmə işi zərərçəkənə vaxtında tibbi yardım eməyə mane olub.
Bədbəxt hadisədən sonra vətəninə dönən Hu Çi-yang bir daha Çinə getməyəcəyinə söz verib.