Sabah canımız qızacaq +18 dərəcə

sabah-canimiz-qizacaq-18-derece-
Oxunma sayı: 662

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 28-29-da Abşeron yarımadasında mülayim temperatur şəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Nigar Məmmədli