Sabah mitinqlər ölkəni bürüyəcək

sabah-mitinqler-olkeni-buruyecek
Oxunma sayı: 676

Parlament seçkisinin nəticələrinin saxtalaşdırılmasına qarşı nümayiş bu dəfə də "Qostinıy Dvor" metro-stansiyasının önündə keçirilib.


Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə baş idarəsindən verilən məlumata görə, nümayişçilər polisin icazəsiz aksiyanı dayandırmaq göstərişinə məhəl qoymayıblar. İctimai asayişin pozulmasına görə 127 nəfərin saxlandığı bildirilir. Onların hamısı haqda müəyyən olunmuş asayiş qaydalarını yaxud toplantı, mitinq, nümayiş, yürüş yaxud piket keçirmək qaydalarını pozmağa və polis əməkdaşlarının göstərişlərinə əməl etməməyə görə protokol tərtib edilib.

Parlament seçkisinin nəticələrinə etiraz aksiyaları paytaxt Moskvada və Sankt-Peterburqda 4 gündür ki, davam edir. Bu günədək təkcə Moskvada 569 nəfər müxalifət tərəfdarı saxlanıb. Ümumrusiya nümayişi isə sabaha planlaşdırılıb. Nümayişə Rusiyanın 22 şəhərinin qoşulacağı gözlənilir.

teleqraf.az