Sabah qaz kəsiləcək

sabah-qaz-kesilecek
Oxunma sayı: 683

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ucar rayonundakı qaz kəmərlərində aparılan təmir-bərpa işləri ilə əlaqədar sabah, 1 noyabr tarixində saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar şəhərinə və Ləki kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.