Sabah rayonlara dolu yağacaq

<b>Sabah rayonlara dolu yağacaq</b>
Oxunma sayı: 263

Gündüz mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Mayın 3-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.


Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi