Sabahdan hava düzələcək

sabahdan-hava-duzelecek
Oxunma sayı: 659

Gündüz arabir güclənən mülayim qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 2-dən 3-nə keçən gecə və səhər hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Martın 3-də ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Nigar Məmmədli