Sabahdan hər gün - “Xural”

sabahdan-her-gun-xural-
Oxunma sayı: 642

Qəzetin baş redaktoru Əvəz Zeynallı gündəlik nəşr ediləcək “Xural”a yeni tanınmış imzalar da cəlb edib. Belə ki, oxucular qəzetdə tanınmış yazarlar Seymur Baycan, Elnur Astanbəyli, Mirzə Sakit, Anar Niftəliyev, Razi Abasbəylinin və digərlərinin yazıları ilə tanış olacaqlar.

Anar Niftəliyev, həmçinin qəzetə redaktor təyin edilib.

Qeyd edək ki, son günlər “Xural” ilə Mətbuat Şurası arasında gərginlik hökm sürür. Şura qəzetin adını ondan edilən şikayətlərlə bağlı qara siyahıya daxil edib. Qəzet isə Mətbuat Şurasını məhkəməyə verir. Tərəflər bir-birlərini qarşılıqlı şəkildə ittiham edirlər.

“Qafqazinfo” olaraq bütün qarşıdurmalara, çətinliklərə baxmayaraq gündəlik nəşrə iddia edən qəzetin kollektivinə uğurlar arzulayır və başlarını aşağı salıb öz işlərini görmələrini tövsiyə edirik. Qədim bir şərq misalında deyildiyi kimi “Sən başını aşağı sal işini gör, hamı səni görəcək”...