Sabir adına kitabxanada Hüseyn Cavid yad olundu- Fotolar

sabir-adina-kitabxanada-huseyn-cavid-yad-olundu-fotolar
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə kitabxana-klubun işçiləri, fəal oxucuları və 191, 257 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılıq irsi zaman keçdikcə daha çox aktuallıq kəsb etməkdədir. “Cavid “əbədi”, “həmişəyaşar” deməkdir.
Hüseyn Cavid həyatı sönməz bir ömürdür. Yüz illər keçəcək H.Cavidin yaradıcılığı insanların mənəvi dünyasını zənginləşdirəcək”, bu və başqa fikirlər tədbir iştirakçıları tərəfindən səsləndirilib.