Sabir Rüstəmxanlı Abutalıbova məktub yazdı - Mətn

sabir-rustemxanli-abutalibova-mektub-yazdi-metn
Oxunma sayı: 669

DAK-ın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məktubda qurumun İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirmək istədiyi bildirilir: “Hörmətli Hacıbala müəllim! Son günlər Urmu gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz əlaməti olaraq Güney Azərbaycanın Təbriz, Urmu və digər şəhərlərində kütləvi aksiyalar keçirilib. İran təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı zor tətbiq edib, xeyli sayda soydaşımız yaralanıb və həbs olunub. Hətta ölənlərin olduğu da bildirilir.

Buna etiraz əlaməti olaraq, Dünya Azərbaycanlıları Konqresi (DAK) 08 sentyabr 2011-ci il tarixində saat 12:00-da İranın Azərbaycan Respublikasındakı səfirliyinin binası qarşısında aksiya keçirəcək.
Qanunvericiliyə əsasən, bu barədə Sizi əvvəlcədən məlumatlandırırıq”.