Sabir Rüstəmxanlı məsələyə aydınlıq gətirdi

sabir-rustemxanli-meseleye-aydinliq-getirdi-
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, DAK-ın həmsədri Sabir Rüstəmxanlı qurumdan parçalanmalar və birləşmə qurultayı ilə bağlı məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, DAK-ın genişləndiyi, beynəlaxalq əlaqələrinin möhkəmləndiyi bir vaxtda qurumdan ayrılmalar onun parçalanmasına çalışmağa xidmət edir: “Avropada fəaliyyət göstərən təşkilatlarla əlaqə qurmuşuq, fəaliyyətimizi genişləndiririk. DAK-ın ayaq üstə durduğu bir vaxtda İran və Rusiyaya xidmət edən adamlar onu parçalamağa çalışır”.

DAK-ın birləşmıə qurultayından danışarkən həmsədr bildirib ki, indi birlik sözünü ortaya atanlar vaxtilə buna neytral yanaşan adamlardır: “Birlik sözünü ortaya atanlar DAK-da olanda birlik məsələsinə həmişə neytral qalırdılar. Elə ki, DAK-dan ayırldılar, biri DAK-dan çıxdı, yaxud çıxarıldı, birlik və birləşmə məsləsi də həmən yada düşür”.


DAK-ın büdcəsində olan pulların mənimsənilməsi barədə yayılan məlumatlara münasibət bildurən Sabir Rüstəmxanlı deyib ki, DAK-ın heç vaxt hansısa bir bankda maliyyə hesabı olmayıb: “Yalnız qurultaylar keçirilən zaman öz hesabımıza, dostlarımızın hesabına pul toplayırıq ki, nümayəndələri qurultaya toplaya bilək. Qurultay keçirildikdən sonra həmin pulların maliyyə hesabatı verilib”.

Fatimə Kərimli