Sabir Rüstəmxanlı Nazim İbrahimovla görüşdü - Foto

sabir-rustemxanli-nazim-ibrahimovla-gorusdu-foto
Oxunma sayı: 638

DAK-ın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün DAK İdarə Heyətinin və NTK-nın üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində komitə sədri Nazim İbrahimov tərəfindən qəbul edilib. Görüşdə Nazim İbrahimov Dünya Azərbaycanlılarının III Qurultayı və qurultaydan sonrakı dövrdə Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verərək, DAK-ın diaspor təşkilatları arasında xüsusi yeri olduğunu söyləmiş və rəhbərlik etdiyi komitəylə konqres arasında əməkdaşlığın möhkəmləndirilməsi zərurətindən danışıb.

DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı isə öz növbəsində DAK İdarə Heyəti üzvlərinin Bakıya toplaşmasının məqsədi, bölgədə gedən proseslər fonunda konqresin fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti barədə məlumat verib, təşkilat ətrafında gedən söz-söhbətlərə aydınlıq gətirib. O qeyd edib ki, DAK-ın son qurultayında seçdiyi İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının böyük əksəriyyəti Bakıya toplaşmışlar. Bir neçə gün ərzində Bakıda müxtəlif ictimai-siyasi təşkilatlarla görüşlər, konfranslar keçiriləcəkdir. Bundan əlavə, digər tədbirlər də nəzərdə tutulmuşdur. Qonaqların Bakı görüşlərinin sonunda ictimaiyyət üçün geniş mətbuat konfransı keçiriləcək.

Bundan sonra DAK-ın digər həmsədri Firidun Pərvizniya, DAK İdarə Heyətinin üzvləri - DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK həmsədrlərinin MDB üzrə müavini Abuzər Bağırov, DAK-ın Ukrayna nümayəndəliyinin sədri Möhlət Hüseynov, DAK-ın Rusiya nümayəndəliyinin sədri Tahir Hacıyev, doktor Nurəddin Qərəvi, Məhəmməd Müştaq, Adil Minbaşı, Vaqif Arzumanlı diasporamızın qarşısında duran vəzifələr və təmsil elədikləri təşkilatda aparılan işlər barədə məlumat verərək, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi baxımından dövlət və diaspor təşkilatları arasında münasibətlərin yaxşılaşdırılmasının zəruri olduğunu vurğulayıblar.