Sabirabadda daha bir aksiya oldu - Fotolar

sabirabadda-daha-bir-aksiya-oldu-fotolar
Oxunma sayı: 687

Aksiyada 500 nəfərə yaxın sakin iştirak edib. Aksiya iştirakçıları yolu bağlayıblar. Onların tələbləri rayon icra hakimiyyətindən nümayəndənin onları dinləməsi, həmçinin sel daşqınlarına görə dövlətin vətəndaşlara ayırdığı vəsaitin ədalətli şəkildə bölünməsidir.
Qeyd edək ki, Kür daşqınlarından əziyyət çəkən Sabirabadın Minbaşı kəndinin sakinləri aksiya keçirmək üçün kənd meydanına toplaşıblar. Rayon polisi kəndi mühasirəyə alıb. Polis qüvvələri aksiyanı əngəlləmək üçün kəndə səfərbər olunub.

Musavat.com