Sabirabadda fövqəladə vəziyyət

sabirabadda-fovqelade-veziyyet
Oxunma sayı: 639

Bu barədə “Qafqazinfo”ya qərargahın koordinatoru Oqtay Gülalıyev məlumat verib. Onun sözlərinə görə, “Şam” İstirahət Mərkəzi onlara yer verməkdən imtina etdikdən sonra onlar bu gün sat 11-ə təyin olunmuş toplantını başqa bir ərazidə, açıq havada keçirmək istəyiblər. Lakin görüş başlayan zaman polislər görüşə müdaxilə edib və bir neçə nəfər saxlanılıb. O, Gülalıyev deyib ki, görüşə gələn sakinlər ərazidən uzaqlaşdırılıb, rayonda bir neçə yerdə polis postları quraşdırılıb: “Mən rayonun polis idarəsinin rəis müavini ilə danışdım, amma onlar bu tədbirin qarşısını alacaqlarını dedilər. Bildirirlər ki, buna görə icazə almaq lazımdır. Amma QHT-nin fəaliyyəti üçün heç bir icazə tələb olunmur və bu QHT-nin fəaliyyətini məhdudlaşdırmaqdır”. O. Gülalıyev deyib ki, onların məqsədi yalnız görüş keçirib daşqından əziyyət çəkənlərin problemlərini müzakirə etmək, Nazirlər Kabinetinin 231s saylı qərarı ilə bağlı fikir mübadiləsmi aparmaqdır.