Sabunçu sakini naməlum şəraitdə bıçaqlandı

sabuncu-sakini-namelum-seraitde-bicaqlandi
Oxunma sayı: 648

Ötən gecə Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aydınbəyov küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə zamanı 29 yaşlı Abbasov Rüstəm Nəcəf oğlu naməlum şəraitdə bıçaq xəsarəti alıb. Aldığı xəsarət nəticəsində xəstəxanaya çatdırılan yarlının üzərində cərrahi əməliyyat icra edilib.

Fakla bağlı Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Zərərçəkmiş polisə verdiyi ilkin izahatında bıçaq yarasının ona bir kimsə tərəfindən yetirilmədiyini, xəsarəti ehtiyatsızlıqan yıxılaraq aldığını bildirib.

Rüstəmovun izahatında dediyi fikirlərin nə dərəcədə doğru olub-olmadığı isə Sabunçu rayon polis idarəsində başlanan araşdırmaların yekunundan sonra məlum olacaq.

anspress