Şagird müəllimini ölümcül bıçaqladı

sagird-muellimini-olumcul-bicaqladi
Oxunma sayı: 650

Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qanlı hadisə bu gün günorta saatlarında 18 saylı orta məktəbdə baş verib. Həmin məktəbin 11-ci sinfində oxuyan 17 yaşlı Kamran Hacızadə dərs vaxtı hərbi hazırlıq müəllimi, 27 yaşlı Ruslan Bəxtiyarovu bıçaqlayıb. Müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məktəblinin müəlliminə qarşı amansız olmasının səbəbi məlum olmasa da, onların qonşu olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.