Şagirdlər qəzaya düşdü, 28 yaralı var

sagirdler-qezaya-dusdu-28-yarali-var
Oxunma sayı: 638

Türkiyədə 23 aprel Milli Uşaq Bayramı tədbirləri çərçivəsində Çanaqqaladan tarixi ekskursiyadan qayıdan şagirdlər yol qəzasına düşüb. Biləcik şəhərində baş verən qəza nəticəsində mikroavtobusda olan 28 nəfər xəsarət alıb. Mikroavtobusun çevrilərək aşdığı bildirilir.

Qəza nəticəsində xəsarət alanların əksəriyyətinin yeniyetmə şagirdlər təşkil edir. Yaralılar arasında İndoneziya, Hindistan və Tayvandan olan şagird və müəllimlər də var.

Qəza ilə bağlı araşdırma aparılır.

anspress