Sahibkarlar prezidentə teleqram göndərdilər

sahibkarlar-prezidente-teleqram-gonderdiler-
Oxunma sayı: 1821

Sahibkarların “Qafqazinfo”ya verdiyi məlumata görə, tikinti işləri ilə bağlı həm gediş-gəlişdə həm də onların fəaliyyətində problem yaranıb. Belə ki, yollar bağlanıb və onların obyektlərinin önünə çəpər çəkilib. Sahibkarlar bildirib ki, bununla bağlı onlar dünən prezidentə teleqram ünvanlayıblar. Qırx iki sahibkarın imzaladığı teleqramda obyektlərin önünə çəpər çəkilməsi, gediş-gəlişdə problemlərin yaranması və tikinti işlərinin yaratdığı digər problemlərə görə onların işləyə bilməməsi vurğulanıb.

Məlumat üçün bildirək ki, eyni məzmunda teleqramın Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq qurumlara göndərilməsi nəzərdə tutulur.

Fatimə Kərimli