İyulun 19-u saat 23 radələrində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elxan Heydərov F.Xoyski küçəsində yerləşən mağazada, orada satıcı işləyən Ceyhun Ələkbərova pul xırdalamaq adı ilə yaxınlaşaraq 50 manatını əlindən alıb qaçdığı üçün iyulun 21-də Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.
DİN BCAİ, Bakı şəhər BPİ CAİ və Nərimanov RPİ CAŞ-ın birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 120.2-ci (qəsdən adam öldürmə) və 228.2-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olan Sahil Şamilov tutulmuşdur.
İyulun 16-da Yeni Günəşli qəsəbəsində yerləşən ət mağazasında, orada qəssab işləyən Amil Əliyevi qətlə yetirmiş Tovuz rayon sakini Tural Məmmədov iyulun 21-də Bakı şəhər BPİ CAİ və Suraxanı RPİ CAŞ-ın əməkdaşları tərəfindən tutulmuşdur.