Şahin Mustafayev tapşırıq verdi

sahin-mustafayev-tapsiriq-verdi
Oxunma sayı: 796

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ş. Mustafayev Nazirlər Kabinetinin iclasında Prezidentin irəli sürdüyü vəzifələrə uyğun olaraq, Nazirliyin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması tədbirlərinin davam etdirilməsi, bu məqsədlə mütəmadi olaraq təhlillərin aparılması və zəruri hallarda təkliflərin hazırlanması, sənaye şəhərciklərinin, iri taxılçılıq təsərrüfatlarının yaradılması, Bakı şəhərində və onun qəsəbələrində sahibkarlığın inkişafına dövlət maliyyə dəstəyinin gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

İclasda yerli istehsalın stimullaşdırılması məqsədilə tədbirlərin təşkil edilməsi, yerli məhsuldan istifadə imkanlarının daha da artırılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar müəyyənləşdirilib.

Kollegiya iclasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehlakçıların hüquqlarının qorunması, istehlak bazarına dövlət nəzarət tədbirlərinin gücləndirilməsi tapşırılıb. İclasda həmçinin, İqtisadi İnkişaf Nazirliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin davam etdirilməsi, sertifikatların və lisenziyaların on-layn rejimdə verilməsinin təşkili üçün müvafiq tapşırıqlar verilib. Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib.
İclasda Nazirliyin bir sıra struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri 2011-ci ilin I yarısında görülən işlər barədə hesabat verib və cari məsələlər müzakirə edilib.

Nigar Məmmədli