Şakira futbolçuları coşdurdu - Fotolar

sakira-futbolculari-cosdurdu-fotolar
Oxunma sayı: 742

“The Sun Comes Out World Tour” adlı dünya turnesi daxilində Barselonanın “Lluis Company” Olimpiya stadionunda bazar günündə səhnəyə çıxan Şakiranı sevgilisi Pique ilə yanaşı komandanın digər oyunçuları Xavi, Villa, Pedro, Serqio Busquets və Bojan da izləməyə gəlib.

Konsertində yeni çempionluğu da qeyd etmək istəyən Şakira sevgilisi Pique və komanda yoldaşlarını səhnəyə çağırıb. Pique ilə yan-yana rəqs edən Şakira konsertdəki tamaşaçıları da canlandırıb. Rəqs etdiyi mahnının “Aslanıma dəli oluram” kimi sözlərini “Piquemə dəli oluram” kimi dəyişdirən Şakira bu jestinin qarşılığında sevgilisindən bir öpüş alıb. Şakira eşq dolu səhnə performansını “Təbrikler Bercelona dünyanın ən yaxşı komandası” deyərək bitirib.