Sakozini hiddətləndirən rəy sorğusu yayıldı

sakozini-hiddetlendiren-rey-sorgusu-yayildi
Oxunma sayı: 685

“Qafqazinfo”nun məlumatına görə, Fransanın məşhur qəzeti “Le Monde” yanvarın 23-də Senatda təsdiq edilən qondarma “erməni soyqırımı” qanunu haqqında internet saytında bir sorğu anketi yerləşdirib.

İndiyə qədər 10 min 270 nəfərin iştirak etdiyi anketdə bu sual ye alıb: “Senat “erməni soyqırımı”nın inkarına cəza verilməsi qanununu təsdiqlədi. Sizə görə bu:

-Fransanın böyüklüyünü göstərir;
-Fransa üçün bir ayıbdır;
-Nə biri, o biri;
-Münasibət bildirmirəm.

Bu vaxta qədər verilən səsvemədə “bu Fransa üçün bir ayıbdır” cavabı böyük səs çoxluğu ilə öndə gedir.