Salman Rüşdinin səfəri alimləri parçaladı

salman-rusdinin-seferi-alimleri-parcaladi
Oxunma sayı: 642

Azadxeber.az saytının The Times of India-xəbər portalına istinadən verdiyi xəbərə görə, Hindistanın bir çox müsəlman alimi, həmçinin Mövlana Uahiduddin bildirib ki, Salman Rüşdinin gəlişinə etiraz deyil, xoş münasibət bəslənilməlidir: “O bizim xoş və gözəl münasibətimizin qarşısında aciz qalıb, bəlkə öz ifrat fikirlərindən çəkindi."
Amma Hindistanın Darul-Ülum Deoband İslam Akademiyasında onun gəlişinə etiraz ediblər. Bu İslam mərkəzinin alimləri hesab edir ki, heç bir insan cürət edib Peyğəmbəri (s) və onun xanımlarını Salman kimi təhqir etməyib.
“Bu məlun şəxs Quranı, Peyğəmbəri və ümum İslam aləmini dəfələrlə təhqir edib. Onun gəlişi ölkədə hərc-mərciliyə səbəb ola bilər. Və nahaq qanlar axıdıla bilər", -deyə ailmlər bildirblər.