Salyanda ailə faciəsi

salyanda-aile-faciesi
Oxunma sayı: 657

Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon prokurorluğundan verilən məlumatda bildirilib. Məlumata görə, hadisə rayonun Marışlı kəndində gecə saatlarında qeydə alınıb.

Kənd sakini, 1995-cil təvəllüdlü Rəmzi Səmədağa oğlu Qurbanov yaşadığı evin qarşısındakı bağda ərik ağacından özünü asaraq intihar edib.

Səhər saatlarında Rəmzi Qurbanovun meyiti aşkarlandıqda onun anası, 1961-ci il təvəllüdlü Bəhruzə Əlifağa qızı Qurbanova sirkə essensiyası içərək öznə qəsd edib. Bəhruzə Qurbanova dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. O, xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib. Həkimlər B.Quliyevanln vəziyyətini ağır qiymətləndirirlər. İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.