Salyanda ailə faciəsi

salyanda-aile-faciesi
Oxunma sayı: 683

Salyan rayonunda 3 nəfəri elektrik enerjisi vurub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 45 yaşlı Zemfira Hacıbala qızı Ağayevaya məxsus yaşayış evinin həyətinə elektrik naqili qırılıb düşüb. Qohumlarının sözlərinə görə, ilk olaraq 7 yaşlı Əli Bəhruz oğlu Ağayev elektrik naqilinə toxunub. Sonra onu elektrik naqilindən ayırmağa gələn anası 32 yaşlı Sevər Yusif qızı Ağayevanı elektrik vurub. Daha sonra ata 31 yaşlı Bəhruz Əli oğlu Ağayevi elektrik cərəyanının qurbanı olu. Hər 3 şəxs elə hadisə yerində keçinib.

Bir qədər sonra hadisədən xəbər tutan qayınana Zemfira Ağayeva elektrik naqilini cərəyandan ayıra bilib.

Qeyd edək ki, ailə həyəti sulamaq üçün su nasosuna elektrik naqili çəkibmiş. Hadisədən bir qədər əvvəl isə onlar həyəti sulayıbmışlar.