Salyanda Bakı-Astara yolu bağlandı - Fotolar

salyanda-baki-astara-yolu-baglandi-fotolar
Oxunma sayı: 1010

Salyan rayonunda Kür çayının üzərindən keçən körpüdə avtomobillərin hərəkəti dayandırılıb. Bu barədə “Qafqazinfo”ya rayon sakini Elçin Əziz məlumat verib. Onun sözlərinə görə, körpü təxminən bir saat əvvəl bağlanıb və bu müddətdə körpünün hər iki tərəfində böyük avtomobil tıxacları yaranıb. E. Əzizin sözlərinə görə, körpüdə hərəkətin məhdudlaşdırılmasına səbəb onun qəza vəziyyətinə düşməsi olub. Ola biləcək qəzanın qarşısını almaq üçün isə mütəxəssislər körpünün müvəqqəti olaraq bağlanmasına qərar veriblər. E. Əziz deyir ki, yolun nə zaman açılacağı bəlli deyil.

Qeyd edək ki, həmin körpü Bakı-Astara yolunun üzərində yerləşir və İrana gedən avtomobillər də bu tranzit yoldan istifadə edirlər.