Şamaxıda aksiya olub - Fotolar

samaxida-aksiya-olub-fotolar
Oxunma sayı: 879

“Qafqazinfo”nun məlumatına görə, Şamaxı rayonunda baş tutan seçim turunun açılış mərasimində Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Orxan Əli bildirib ki, layihə bütün Azərbaycanı əhatə etməyi qarşısına məqsəd qoyub. 150 gəncin iştirakı ilə keçirilən yarışmalarda sonda hər rayon üzrə bir nəfər elektron, bir nəfər isə puzzle formasında hazırlanmış xəritəni ən tez yığaraq respublika turuna vəsiqə qazanıblar.

Tədbirdən sonra işçi qrupu Şamaxı rayonu, Pirqulu yaxınlığında yerləşən rəsədxanaya səfər edib. İşçi qrupu burada dünyada nadir olan diametri 2 metrə çatan teleskopla tanış olublar.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Fatimə Kərimli