Şamaxıda “icra başçısının atı”nın quyruğunu qopardılar

samaxida-icra-bascisinin-atinin-quyrugunu-qopardilar-
Oxunma sayı: 643

Şəhər sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, icra başçısı Asif Məmmədovun göstərişi ilə Şamaxının çıxışında, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yeni açılışı olan “Koroğlu” meydanı şəhərə giriş-çıxışı çətinləşdirib. Belə ki, əvvəllər Bakı-Qazax magistralına birbaşa çıxmaq mümkün olduğu halda hazırda bunun üçün əlavə bir kilometr yol qət etmək lazım gəlir.

Sakinlər bildiriblər ki, nəqliyyatın hərəkətinə mane olan meydanda qoyulan at heykəli ilə bağlı da problemlər yaşanıb. Yeni qoyulan atın quyruğu gənc şamaxılı tərəfindən qoparılıb. Atın quyruğunu qoparmaqda ittiham edilən uşağın isə polis şöbəsinə aparıldığı deyilir.

Səidə