Sami Yusif yeni klipini afrikalılara həsr etdi

sami-yusif-yeni-klipini-afrikalilara-hesr-etdi
Oxunma sayı: 693

“Qafqazinfo”nun Azadxeber.az saytına istinadən məlumatına görə, tanınmış müğənni Sami Yusuf Afrika Buynuzunda 60 il ərzində ən kəskin quraqlığın nəticəsi olan qida böhranından əziyyət çəkən insanlara yardım məqsədilə Ümumdünya Ərzaq Proqramı (ÜƏP) ilə birgə “LiveFeed” kampaniyasına başlayıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən SalamNews-a verilən xəbərə görə, kampaniya çərçivəsində müğənninin Afrikadakı insanlara həsr etdiyi “Unudulmuş vədlər” adlı mahnısı artıq işıq üzü görüb.
Sami Yusuf 1980-ci ildə Tehran şəhərində azərbaycanlı ailəsində anadan olub. 3 yaşında ikən ailəsi Böyük Britaniyaya köçüb. Elə həmin illərdə müxtəlif musiqi alətlərində ifa etməyi öyrənib. Dünyanın nüfuzlu Kral Musiqi Akademiyasında oxuyub. Qərb musiqisi ilə yanaşı, Yaxın Şərq, xüsusən də muğam janrını mənimsəyib. Məhz bu sintezin nəticəsi olaraq bəstələdiyi və ifa etdiyi mahnılar onun şöhrətlənməsinə səbəb olub.