Sami Yusifdən Suriyaya dəstək

sami-yusifden-suriyaya-destek
Oxunma sayı: 632



Əslən azərbaycanlı olan dünya şöhrətli müğənni Sami Yusif Suriya üçün yardım çağırışı edib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Beyrutda konsert verən müğənni səhnəyə boynunda Livanın bayrağı ilə çıxıb. İngiltərənin "Time" jurnalının "İslam dünyasının ən böyük rok ulduzu olaraq xarakterizə etdiyi Azərbaycan əsilli bəstəkar-müğənninin “Suriyadakı qardaşlarımız üçün bir şeylər etməliyik” şəklində müraciəti isə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.