Samir Cavadzadə həbs olundu

samir-cavadzade-hebs-olundu-
Oxunma sayı: 2010

“Qafqazinfo” xəbər verir ki, yayılan məlumatlara görə, hadisə bu gün səhər saat 06 radələrində Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 32, mənzil 1 ünvanında qeydə alınıb. Naməlum şəxs onu boyun nahiyəsindən bıçaqlayıb. Hadisə vaxtı o, Samir Cavadzadə ilə bir mənzildə olub.

Nəsimi rayon Polis İdarəsindən Milli.Az xəbər portalına faktı təsdiq ediblər. İdarədən bildirilib ki, E. Hüseynov boynundan kəsilmiş-deşilmiş xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Amma az sonra Milli.Az xəbər portalına 1 saylı Şəhər Xəstəxanasının həkimi Elman Tağıyev xəbər verib ki, bıçaqlanan şəxs müğənni Elnur Hüseynov deyil, onun qardaşı Elvin Hüseynovdur. Elvin Hüseynovun bıçaqlanmasında şübhəli bilinən şəxs Samir Cavadzadədir. O, şübhəli şəxs qismində saxlanılb.