Samir Cavadzadənin bıçaqladığı fotoqrafın səhhəti haqqında açıqlama verildi

samir-cavadzadenin-bicaqladigi-fotoqrafin-sehheti-haqqinda-aciqlama-verildi
Oxunma sayı: 656

Onun sözlərinə görə, xəstə reanimasiyadan intensiv terapiya palatasına köçürülüb: "Xəstənin səhhəti yaxşıdır. Huşu yerindədir və danışa bilir. Hətta özüm də onunla təmasa girmişəm. Onu da qeyd edim ki, xəstə bu gün saat 17.00-dan etibarən ziyarətçi qəbul edə biləcək".

Məlumat üçün bildirək ki, dünən səhər saat 6 radələrində 24 yaşlı Elvin Hüseynov boyun nahiyəsində - onurğasının yuxarı hissəsində olan kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya qəbul edilib. Yaralı təcili əməliyyat olunub.