Samir Cavadzadənin əməli ilə bağlı - Rəy

samir-cavadzadenin-emeli-ile-bagli-rey
Oxunma sayı: 654

Nəsimi rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ekspert Samir Cavadzadənin 27 yaşlı Elvin Hüseynova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurması ilə bağlı rəy verib. Müğənninin yetirdiyi xəsarətlər ağır olduğundan toplanmış materiallar Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Qeyd edək ki, S. Cavadzadə 10 gün əvvəl dostu və otaq yoldaşı Elvin Hüseynova aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaq xəsarəti yetirib. Samir Cavadzadə ilk öncə törətdiyi əməli təkzib etsə də hüquq-mühafizə orqanlarının açıqlamasından sonra əməlini etiraf edib.