Samir Şərifovun binasını sökürlər - Fotosesiya

samir-serifovun-binasini-sokurler-fotosesiya
Oxunma sayı: 815

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, söküntü işləri nazirliyin inzibati binasının yenidənqurulması və korpusların genişləndirilməsinin ikinci mərhələsi çərçivəsində həyata keçirilir: “Birinci mərhələdə inzibati binanın bir hissəsi tikilib istifadəyə verildi. Nazirliyin əsas aparatı da həmin korpusda yerləşir. Söküntü işləri başa çatdıqdan sonra isə yeni 5 mərtəbəli inzibati binanın təməli qoyulacaq. Bina müasir memarlıq üslubuna uyğun inşa olunacaq”

Mais Piriyev onu bildirib ki, nazirliyin köhnə binası texniki normalara cavab vermədiyi üçün sökülür. Hətta küçədə maşınlar hərəkət edən zaman binada silkələnmələr olurmuş.

Nigar Məmmədli