Sarkisyan Heydər Əliyevi tərifləyib

sarkisyan-heyder-eliyevi-terifleyib
Oxunma sayı: 676

“Qafqazinfo”nun Rusiya saytına istinadən verdiyi xəbərə görə, Sarkisyan Əbülfəz Elçibəy, Ayaz Mütəllibov, Heydər Əliyev və hazırkı prezident İlham Əliyevin danışıq taktikaları ilə bağlı paralellər aparıb: “Siz xatırlamaya bilərsiniz, lakin sizin valideynləriniz xatırlayır 90-cı illərin əvvəllərində Ayaz Mütəllibov, Əbülfəz Elçibəy eyni şeyi danışırdılar ki, Azərbaycan necə güclü, Ermənistan necə zəifdir, azərbaycanlılar nə qədər çoxdur, ermənilər isə nə qədər azdır. İndi eyni tarix təkrarlanır, elə deyilmi? Azərbaycan prezidenti tez-tez bəyan edir ki, Azərbaycanın pulu çoxdur, iqtisadi cəhətdən güclüdür, əhalinin sayı 9 milyondur, Ermənistanda isə heç kim qalmayıb və sair. Azərbaycanın yalnız bir lideri var idi ki, real danışırdı, qalanları isə indiki kimi”. Sarkisyan tərifin ancaq mərhum Heydər Əliyevə aid etmək lazım olduğunu vurğulayıb.

Səidə