Sarkisyan Şeyxin iştirak etdiyi konfransda çıxış etdi

sarkisyan-seyxin-istirak-etdiyi-konfransda-cixis-etdi
Oxunma sayı: 674

“Qarabağ münaqişəsi dini xarakter daşımır və imkan vermək olmaz ki, iki ölkənin dinləri-islam və xristianlıq, bir-birilərinə qarşı dursunlar”. “Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri bu gün MDB ölkələrinin Dinlərarası məsləhət şurasının rəyasət heyətinin toplantısında iştirak edən prezident Serj Sarkisyan deyib.

Dövlət başçısı onu da qeyd edib ki, münaqişə bəhanəsi ilə mədəni-tarixi və mənəvi abidələri məhv etmək yolverilməzdir. Sarkisyan belə abidələrin saxlanılmasının və ehtiyac duyulduğu halda bərpa edilməsinin vacibliyini qeyd edib. O, nümunə kimi isə İrəvanın mərkəzində yerləşən 18-ci əsrə aid “Mavi məscidi” göstərib.

***

Erməni mətbuatı Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin bir neçə dəqiqə əvvəl İrəvana çatdığını bildirib. “Qafqazinfo”nun məlumatına görə, şeyxin təyyarəsi İrəvanın “Zvartnoç” hava limanında eniş edib. Aeroportda onu bütün ermənilərin katalikosu ikinci Qareqin qarşılayıb.

Qeyd edək ki, Paşazadə 29-30 noyabrda İrəvanda keçiriləcək MDB ölkələrinin Dinlərarası məsləhət şurasının rəyasət heyətinin toplantısında iştirak edəcək.

Bir neçə dəqiqədən sonra isə İrəvana Moskva və bütün Rusiyanın patriarxı birinci Kirillin çatacağı deyilir.

Xatırladaq ki, bütün Gürcüstanın patriarxı ikinci İlya isə toplantıda iştirak etməkdən imtina edib. İmtinanın səbəbi isə bilinmir.

***

Ermənistanın Karena Demirçyan adına İdman-konsert kompleksində MDB ölkələrinin Dinlərarası məsləhət şurasının rəyasət heyətinin toplantısı başlayıb. “Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, toplantıda Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edəcək. Toplantının gedişində isə 12 çıxış planlaşdırılır.

Ermənistanın Xarici İşlər Nazirliyi bəyan edib ki, bu gün rəyasət heyətinin üçtərəfli görüşü olacaq. Mediaya görüşün nəticələrinə dair bəyanat veriləcək. Bu bəyanatların kontekstində dini məsələlərlə və problemlər, həmçinin Qarabağ probleminin nizama salınması məsələsi da olacağı deyilir.

Səidə