Sarkisyan Şuşada obyektlərə baş çəkib

sarkisyan-susada-obyektlere-bas-cekib
Oxunma sayı: 643

“Media forum” saytının məlumatına görə, Serj Sərkisyan işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla birgə Şuşada tikintisi gedən bəzi obyektlərə də baş çəkib.

Serj Sərkisyan Dağlıq Qarabağa rejiminin başçısı Bako Saakyanın andiçmə mərasimində iştirak etmək üçün gedib. İyulun 19-da keçirilmiş “prezident seçkisinin” qalibi elan olunan Bako Saakyan sentyabrın 7-də vəzifəsinin icrasına başlayıb. Bako Saakyan 2007-ci ildən separatçılara başçılıq edir.